Hansı hallarda ictimai iaşə fəaliyyəti ilə məşğul olan şəxslər 8 faiz əvəzinə 6 faiz vergi ödəyəcəklər?
Satışı davam edən "Vergi Məcəlləsi 2026" (son dəyişikliklərin izahı) kitabından seçmə
Vergi Məcəlləsinin 220.1-1-ci maddəsinə edilmiş dəyişikliyə əsasən, ictimai iaşə fəaliyyəti ilə məşğul olan şəxslər 8 faiz və 6 faiz dərəcələri ilə sadələşdirilmiş vergi ödəyəcəklər. Həmin maddəyə əsasən, vergi tutulan əməliyyatlarının həcmi ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) 200 000 manatdan artıq olan ictimai iaşə fəaliyyəti ilə məşğul olan şəxslər əhaliyə göstərilən xidmətlər üzrə nağdsız qaydada POS-terminal vasitəsilə aparılan ödəmələr əsasında formalaşan vergitutma obyekti üzrə 2026-cı il yanvarın 1-dən etibarən 3 il müddətinə 6 faiz dərəcə ilə sadələşdirilmiş vergi ödəyəcəklər. Eyni zamanda, maddədə qeyd edilir ki, nağdsız ödəmələr nəzarət-kassa aparatına vahid əməliyyat sistemində inteqrasiya edilmiş POS-terminal vasitəsilə aparılmalıdır.
Mİsal. Vergi Məcəlləsinin 218.1.2-ci maddəsinə əsasən, ictimai iaşə fəaliyyəti ilə məşğul olan vergi ödəyicisinin 2026-cı ilin I rübü üzrə dövriyyəsi 80 000 manat olmuşdur. Həmin dövriyyənin 20 000 manatı əhaliyə göstərilən xidmətlər üzrə nağdsız qaydada POS-terminal vasitəsilə formalaşmışdır. Bu halda vergi ödəyicisinin ödəməli olduğu sadələşdirilmiş vergi 6 400 manat deyil, 6 000 manat (60 000 manat × 8 faiz + 20 000 manat × 6 faiz) təşkil edəcək. Ödənişlər nəzarət-kassa aparatına vahid əməliyyat sistemində inteqrasiya edilmiş POS-terminal vasitəsiylə həyata keçirilib.
2026-cı il üzrə yenilənmiş “Vergi Məcəlləsi 2026” kitabının satışı davam edir
Kitablarda 1 may 2026-cı il tarixədək qüvvəyə minmiş son dəyişikliklər, praktiki izahlar və mühüm qeydlər də yer alıb.
“Vergi Məcəlləsi 2026”
✔️ Vergi qanunvericiliyində son dəyişikliklərin izahı - 130 səhifə
✔️ Vergi Məcəlləsi (müvafiq icra hakimiyyəti orqanları qeyd edilməklə)
Ölkənin istənilən ünvanına çatdırılma ödənişsizdir.
Sifariş və ətraflı məlumat üçün:
050-368-12-72 (WhatsApp aktivdir)
Satışda olan YENİ nəşrlərimiz:
Sifariş üçün əlaqə vasitələri: 050-368-12-72 (what's app və telegram da aktivdir) və ya mksacademy2022@gmail.com
Satışı davam edənlər:
1. Vergi Məcəlləsi 2026 (Son dəyişikliklərin izahı ilə)
2. Mühasibat uçotu (Müəllif Faiq Abdullayev)
Yaxın zamanlarda satışda olacaq nəşrlər
1. Əmək Məcəlləsi 2026 (son dəyişikliklərin izahı)
2. Vergi Məcəlləsi. Ümumi hissənin izahı - 2026
3. Əməyin uçotu: A-dan Z-yə - 2026
4. ƏMAS Platforması: A-dan Z-yə 2026
5. Vergi uçotu: A-dan Z-yə 2026
6. PMS Sertifikatı (II Mərhələ): Test və Tapşırıqlar Toplusu 2026
7. Vergi Məcəlləsi. Xüsusi hissənin izahı - I nəşr
8. Kargüzarlıq: A-dan Z-yə - VI nəşr
0 Komment
Şərh yazın