Müavinətlə bağlı Nazirlər Kabinetinin 31 nömrəli qərarı ilə bağlı yeni dəyişiklik: tətbiq tarixi rəsmiləşdirildi? (YENİ)
Satışı davam edən "Əmək Məcəlləsi 2026" (1 may 2026 tarixinə olan son dəyişikliklərin izahı) kitabından seçmə
189 nömrəli qərarla təsdiq edilən qayda ilə bağlı izahlara keçməzdən əvvəl qeyd edək ki, Azərbaycan Respublikası Nazirlər Kabineti 7 may 2026-cı il tarixli 136 nömrəli qərarı ilə "Məcburi dövlət sosial sığortası üzrə ödəmələrin və əmək qabiliyyətini müvəqqəti itirmiş sığortaolunanlar üçün sığortaedənin vəsaiti hesabına ödənilən müavinətin hesablanması və ödənilməsi haqqında Əsasnamə"yə edilmiş dəyişikliklərin qüvvəyə minmə tarixini dəqiqləşdirib.
Məsələ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 yanvar 2026-cı il tarixli 31 nömrəli qərarı ilə 189 nömrəli qərara edilmiş köklü dəyişikliklərlə bağlıdır. Həmin qərarla xəstəlik vərəqələri və digər sosial sığorta ödənişlərinin hesablanma mexanizmlərində ciddi dəyişikliklər edilmişdi.
Dövlət Sosial Müdafiəsi Fondunun rəsmiləri həmin qərarın 1 may 2026-cı il tarixdən tətbiq ediləcəyini bəyan etsə də, 31 nömrəli qərarda bu barədə açıq müddəa nəzərdə tutulmamışdı. Bu səbəbdən mütəxəssislər arasında sual yaranmışdı: qərarda müəyyən edilmiş tələblər 2 fevral 2026-cı il tarixdən verilən elektron xəstəlik vərəqələrinə də tətbiq edilməlidirmi?
136 nömrəli qərar bu narahatlığı aradan qaldırdı. Həmin qərara əsasən 31 nömrəli qərara aşağıdakı məzmunda yeni müddəa əlavə olundu:
"Bu Qərar 2026-cı il mayın 1-dən qüvvəyə minir."
Beləliklə, praktikada ən çox müzakirə doğuran məsələ — yeni qaydaların hansı tarixdən qüvvədə olması — hüquqi baxımdan rəsmiləşdirildi: 1 may 2026-cı il.
Nəticə etibarilə, 189 nömrəli qərarla tənzimlənən yeni qaydanın tələbləri 2 fevral 2026-cı il tarixdən yox, 1 may 2026-cı il və ondan sonrakı tarixdə verilən elektron xəstəlik vərəqələrinə tətbiq olunmalıdır.
2026-cı il üzrə yenilənmiş “Əmək Məcəlləsi” kitabının satışı davam edir
Kitablarda 1 may 2026-cı il tarixədək qüvvəyə minmiş son dəyişikliklər, praktiki izahlar və mühüm qeydlər də yer alıb.
Əmək Məcəlləsində son dəyişikliklərin izahı - 150 + səhifə
Konstitutsiya Məhkəməsinin 18 fevral tarixli qərarı üzrə izahlar - 10+ səhifə
Əmək qabiliyyətinin müvəqqəti itirilməsi və sosial məzuniyyətlə bağlı NK Qərarın izahı - 50+ səhifə
Ölkənin istənilən ünvanına çatdırılma ödənişsizdir.
Sifariş və ətraflı məlumat üçün:
050-368-12-72 (WhatsApp aktivdir)

Satışda olan YENİ nəşrlərimiz:
Sifariş üçün əlaqə vasitələri: 050-368-12-72 (what's app və telegram da aktivdir) və ya mksacademy2022@gmail.com
Satışı davam edənlər:
1. Vergi Məcəlləsi 2026 (Son dəyişikliklərin izahı ilə)
2. Mühasibat uçotu (Müəllif Faiq Abdullayev)
Yaxın zamanlarda satışda olacaq nəşrlər
1. Əmək Məcəlləsi 2026 (son dəyişikliklərin izahı)
2. Vergi Məcəlləsi. Ümumi hissənin izahı - 2026
3. Əməyin uçotu: A-dan Z-yə - 2026
4. ƏMAS Platforması: A-dan Z-yə 2026
5. Vergi uçotu: A-dan Z-yə 2026
6. PMS Sertifikatı (II Mərhələ): Test və Tapşırıqlar Toplusu 2026
7. Vergi Məcəlləsi. Xüsusi hissənin izahı - I nəşr
8. Kargüzarlıq: A-dan Z-yə - VI nəşr
0 Komment
Şərh yazın