Əlaqə

050-368-12-72

Bizə yazın

mksacademy2022@gmail.com

Bakı şəhəri, Caspian Plaza, Lotfi Zadeh Technology Center, 17-ci mərtəbə
  • Xəbərlər
    • Vergi işi
    • İqtisadi
    • Maliyyə
    • Sosial
  • İnsan resursları
    • Sual-cavab
    • Nəşrlərdən seçmələr
    • Məqalələr
    • Qanunvericilik
    • Nəşrlər
  • Mühasibatlıq
    • Sual-cavab
    • Təlimlər
    • Nəşrlər
    • Məqalələr
    • Rəsmi sənədlər
  • Vergi
    • Sual-cavab
    • Nəşrlərdən seçmələr
    • Məqalələr
  • Məhsullarımız
    • Kitablar
    • Təlimlər
    • Jurnal
    • Konsaltinq
  • Haqqımızda
  • 050-368-12-72

    mksacademy2022@gmail.com

    Bakı şəhəri, Caspian Plaza, Lotfi Zadeh Technology Center, 17-ci mərtəbə

İşəgötürən daxili yarışmaya görə işçiyə pul mükafati verərsə, həmin məbləğ vergidən azaddır?

  • Əsas səhifə
  • Sual-cavab
  • 0 Komment
  • 08 Avqust 2023

İşəgötürən daxili yarışmaya görə işçiyə pul mükafati verərsə, həmin məbləğ vergidən azaddır?

Suala Dövlət Vergi Xidməti aydınlıq gətirir

Sual: Vergi Məcəlləsinin 102.1.15-ci maddəsinə əsasən, yarışlarda və müsabiqələrdə əşya şəklində alınan mükafatların tam dəyəri, beynəlxalq yarışlarda (idman yarışları istisna olmaqla) və müsabiqələrdə pul şəklində alınan mükafatların dəyəri 4000 manatadək, respublika, regional, şəhər və rayon yarışlarında (idman yarışları istisna olmaqla) və müsabiqələrində isə 200 manatadək olan hissəsi gəlir vergisindən azaddır. Bəs bu maddədə qeyd olunanlara müəssisə tərəfindən öz işçiləri arasında keçirilən bilik yarışlarından əldə edilən uduşlar (natura və yaxud pul şəklində) aiddir? Həmin uduşlara hansı azadolmalar verilir?
Cavab:  Vergi Məcəlləsinin 102.1.15-ci maddəsinə əsasən yarışlarda və müsabiqələrdə əşya şəklində alınan mükafatların tam dəyəri gəlir vergisindən azaddır. Beynəlxalq yarışlarda (idman yarışları istisna olmaqla) və müsabiqələrdə pul şəklində alınan mükafatların dəyəri 4000 manatadək, respublika, regional, şəhər və rayon yarışlarında (idman yarışları istisna olmaqla) və müsabiqələrində isə 200 manatadək gəlir vergisindən azaddır.

Eyni zamanda, Vergi Məcəlləsinin 98.1-ci maddəsinə əsasən, fiziki şəxs tərəfindən muzdlu işlə əlaqədar alınan gəlir - əməkhaqqı, bu işdən alınan hər hansı ödəmə və ya fayda, o cümlədən əvvəlki iş yerindən, yaxud gələcək muzdlu işdən alınan gəlirdir.

Vergi Məcəlləsinin 98.2.2-ci maddəsinə əsasən, işəgötürənin öz işçisinə malı, işi və ya xidməti təqdim etdiyi, yaxud hədiyyə verdiyi halda - bu cür malların, işlərin və xidmətlərin bazar qiyməti ilə dəyəri muzdlu işdən əldə olunan gəlir hesab edilir.

Bununla yanaşı, Mülki Məcəllənin 1082-ci maddəsinin müddəalarına əsasən, müsabiqə müəyyən hərəkəti yerinə yetirməyə görə mükafatlandırma barədə açıq elandır. Bu zaman hərəkəti yerinə yetirən şəxslər (iştirakçılar) bir və ya bir neçə nəfərdən ibarət münsiflər heyətinin və ya mükafatı təyin etmiş şəxsin verdiyi prizi almaq üçün müsabiqədə iştirak etməkdən ötrü işlərin təqdim edilməsi barədə ərizə verirlər.

Mükafatlandırmaya dair açıq elanın predmeti priz verilməklə müsabiqədə iştirak etmək üçün işlərin təqdim edilməsi barədə ərizə olduqda bu elan yalnız işlərin təqdim edilməsi müddəti göstərildikdə qüvvəyə malikdir.

Göstərilənləri nəzərə alaraq, vergi öhdəliyinin dəqiq müəyyən edilməsi baxımından sorğuda qeyd olunan bilik yarışının keçirilməsi ilə bağlı elan, yarışın iştirakçıları barədə məlumat, yarışın şərtləri, yarışın keçirilməsi ilə bağlı digər izahatlar və təsdiqedici sənədlər ilə birlikdə vergi ödəyicisi tərəfindən uçotda olduğu vergi orqanına müraciət edilməsi tövsiyə edilir.

Əsas: Vergi Məcəlləsinin 98-ci və 102-ci maddələri, Mülki Məcəllənin 1082-ci maddəsi

Satışda olan YENİ nəşrlərimiz:

Sifariş üçün əlaqə vasitələri: 050-368-12-72 (what's app və telegram da aktivdir), 012-564-86-85 və ya mksacademy2022@gmail.com

Bütün kitabların satışı yalnız kitabxanalar kitabxanalar vasitəsiylə həyata keçirlə bilər
1. PMS Sertifikatı (II mərhələ) - Test və tapşırıqlar toplusu - 2023 - YENİ 

2. Vergi Məcəlləsi. Ümumi hissənin izahı (III nəşr) -2023  

3. Vergi uçotu A-dan-Z-yə (VII nəşr) - 2023 

4. Vergi Qanunvericiliyi və Şərhlər Toplusu 2023

5. Əmək Qanunvericiliyi Toplusu 2023

6. Əməyin uçotu: A-dan Z-yə (III nəşr) 2023

7. A-dan Z-yə: Kargüzarlıq (V nəşr) 2023

8. Maliyyə Hesabatlarının Beynəlxalq Standartları 2022

9. Mühasibat uçotu 2022

10. ƏMAS platforması A-dan - Z-yə 2022

 

0 Komment

    Şərh yazın

    Son məqalələr

    28 Oktyabr 202522:49

    Dövlət Vergi Xidməti İŞƏ QƏBULLA bağlı müsabiqə elan etdi

    28 Oktyabr 202515:09

    ƏLA YENİLİK! İşəgötürən işçi ilə bağlı digər sənədləri də ƏMAS altsistemində imzalatdıra biləcək

    Populyar məqalələr

    22 Oktyabr 202516:37

    Əmək haqqı üzrə gəir vergisi üzrə hesablanmanın yeni qaydası müəyyən olundu (LAYIHƏ FORMASI)

    09 Oktyabr 202512:27

    DƏMX-dən İnzibati Cərimə XƏBƏRDARLIĞI ! İşəgötürənin təyin etdiyi SƏTƏM mütəxəssisi bu ixtisas üzrə təhsil almalıdır

    28 Oktyabr 202515:09

    ƏLA YENİLİK! İşəgötürən işçi ilə bağlı digər sənədləri də ƏMAS altsistemində imzalatdıra biləcək

    17 Oktyabr 202507:49

    YENİ TƏLƏB! ƏMAS altsistemində yeni dəyişikliklər nəticəsində məhdudiyyətlər tətbiq edilib

    Populyar Teqlər

    • Vergi işi
    • Əməyin uçotu
    • Sual-cavab
    • Mühasibatlıq
    • Nəşrlərdən seçmələr

    Xəbərlər

    Vergi işi

    Dövlət Vergi Xidməti İŞƏ QƏBULLA bağlı müsabiqə elan etdi.

    • 28 Oktyabr 2025

    Məqalələr

    ƏLA YENİLİK! İşəgötürən işçi ilə bağlı digər sənədləri də ƏMAS altsistemində imzalatdıra biləcək.

    • 28 Oktyabr 2025

    Məqalələr

    ƏMAS altsistemində natamam iş vaxtı, nahar fasiləsi və məzuniyyət günü ilə bağlı YENİLİKLƏR.

    • 23 Oktyabr 2025

    Vergi işi

    2026-ci ildə əmək haqqının hesablanması üzrə dəyişiklik (Misal üzərindən müqayisəli izah).

    • 23 Oktyabr 2025

    Vergi işi

    Əmək haqqı üzrə gəir vergisi üzrə hesablanmanın yeni qaydası müəyyən olundu (LAYIHƏ FORMASI).

    • 22 Oktyabr 2025

    Məqalələr

    Məhdudiyyət! ƏMAS altsistemində edilən dəyişikliyə əsasən bəzi şəxslər üçün artıq bu sənədi əldə etmək mümkün olmayacaq.

    • 22 Oktyabr 2025

    Məqalələr

    Altay Cəfərovun təqdimatında: Könüllü qaydada ƏDV ödəyicisi olan vergi ödəyiciləri bəyannamələri nə vaxt təqdim etməlidir?.

    • 17 Oktyabr 2025

    Məqalələr

    YENİ TƏLƏB! ƏMAS altsistemində yeni dəyişikliklər nəticəsində məhdudiyyətlər tətbiq edilib.

    • 17 Oktyabr 2025

    Məqalələr

    Ramin Hacıyevin təqdimatında: Əmək münasibətlərinə xitam verilərkən məzuniyyət hüququnun tənzimlənməsi qaydası.

    • 16 Oktyabr 2025

    Məqalələr

    Fuad Heydərlinin təqdimatında: Vergi tutulan idxalın dəyəri necə müəyyən olunur?.

    • 15 Oktyabr 2025

    Təlimlər

    Növbəti tematik təlim: Əmək münasibətlərində rəsmiləşdirmə prosesi (İLK DƏFƏ).

    • 13 Oktyabr 2025

    Sosial

    DƏMX-dən İnzibati Cərimə XƏBƏRDARLIĞI ! İşəgötürənin təyin etdiyi SƏTƏM mütəxəssisi bu ixtisas üzrə təhsil almalıdır.

    • 09 Oktyabr 2025

    blog

    Faydalı Linklər

    • Vergi işi
    • Mühasibatlıq
    • İnsan Resursları
    • Maliyyə
    • Sual-cavab

    Sosial Media

    • Facebook
    • Twitter
    • Instagram

    MKS.AZ Bütün hüquqlar qorunur