Əlaqə

050-368-12-72

Bizə yazın

mksacademy2022@gmail.com

Bakı şəhəri, Caspian Plaza, Lotfi Zadeh Technology Center, 17-ci mərtəbə
  • Xəbərlər
    • Vergi işi
    • İqtisadi
    • Maliyyə
    • Sosial
  • İnsan resursları
    • Sual-cavab
    • Nəşrlərdən seçmələr
    • Məqalələr
    • Qanunvericilik
    • Nəşrlər
  • Mühasibatlıq
    • Sual-cavab
    • Təlimlər
    • Nəşrlər
    • Məqalələr
    • Rəsmi sənədlər
  • Vergi
    • Sual-cavab
    • Nəşrlərdən seçmələr
    • Məqalələr
  • Məhsullarımız
    • Kitablar
    • Təlimlər
    • Jurnal
    • Konsaltinq
  • Haqqımızda
  • 050-368-12-72

    mksacademy2022@gmail.com

    Bakı şəhəri, Caspian Plaza, Lotfi Zadeh Technology Center, 17-ci mərtəbə

Vergi ödəyicisi hansı halda Arayışda Məcəllənin 151.1-ci və ya 151.2-ci maddələrini tətbiq edir? (4 MİSALLA İZAH)

  • Əsas səhifə
  • Nəşrlər
  • 1 Komment
  • 13 İyul 2023

Vergi ödəyicisi hansı halda Arayışda Məcəllənin 151.1-ci və ya 151.2-ci maddələrini tətbiq edir? (4 MİSALLA İZAH)

Satışı yalnız kitabxanalarda həyata keçirilən "Vergi uçotu: A-dan Z-yə" (VII nəşr) kitabından seçmə

Vergi Məcəlləsinin 151.5-ci maddəsi üzrə metodu seçən vergi ödəyicisi 151.1-ci və ya 151.2-ci maddəsi üzrə arayış vermək hüququna malik olmur. Amma vergi ödəyicisinin 151.1-ci və 151.2-ci maddələrindən birini seçmək hüququ yaranır. Vergi Məcəlləsinin 151.3-cü maddəsinə əsasən, vergi ödəyicisi il ərzində cari vergi ödəmələrinin məbləğini müəyyənləşdirməyin yuxarıdakı iki mümkün metodundan birini seçir və hər il aprel ayının 15-dək bu barədə vergi orqanına məlumat verir. Vergi ödəyicisi cari vergi ödəmələrinin məbləğini müəyyənləşdirmək üçün bu Məcəllənin 151.2-ci maddəsində nəzərdə tutulan metodu seçdiyi halda, hər rüb başa çatdıqdan sonra 15 gün ərzində mənfəətdən və ya gəlirdən hesablanmış cari vergi məbləği barədə vergi orqanına arayış təqdim etməlidir. Əks halda vergi orqanı bu Məcəllənin 151.1-ci maddəsində nəzərdə tutulan metodu tətbiq edir. Vergi ödəyicisi cari vergi ödəmələrinin məbləğini müəyyənləşdirmək üçün tətbiq etdiyi metod barədə məlumat vermədiyi halda vergi orqanı birinci metodu tətbiq edir və həmin metod vergi ilinin sonunadək dəyişdirilmir. 
Təcrübədə vergi ödəyicilərinin cari vergi ödəməsi ilə bağlı ən çox anlaşılmazlıq yaşadığı maddə Vergi Məcəlləsinin 151.3-cü maddəsidir. O səbəbdən maddənin tələbləri ilə bağlı vacib iki məqama diqqət yetirək.
Birinci məqam ondan ibarətdir ki, vergi ödəyicisindən hər il aprel ayının 15-dək Vergi Məcəlləsinin 151.1-ci və ya 151.2-ci maddəsindəki metodu seçməklə bağlı hər hansı ərizə və ya məktub forması tələb olunmur. Vergi ödəyicisi hesabat ilinin birinci rübündən sonrakı ayın, yəni aprel ayın 15-dək ilk rüb üzrə “Cari vergi ödəmələrinin hesablanması haqqında Arayış”ını Vergi Məcəlləsinin 151.2-ci maddəsinə uyğun olaraq təqdim edirsə, deməli artıq həmin metodu seçmiş sayılır. Əgər vergi ödəyicisi həmin müddətə qədər “Cari vergi ödəmələrinin hesablanması haqqında Arayış”ı təqdim etməzsə, bu halda vergi orqanı vergi ödəyicisinin həmin il üzrə Vergi Məcəlləsininin 151.1-ci maddəsinin metodunu seçdiyini qəbul edir. 
İkinci məqam vergi ödəyicisinin Vergi Məcəlləsinin 151.1-ci və ya 151.2-ci maddəsi üzrə hansı metodu seçməsi haqqında vergi orqanına məlumat verməsinin tarixi ilə bağlıdır. Maddədə qeyd edilir ki, vergi ödəyicisi hər il aprel ayının 15-dək bu barədə vergi orqanına məlumat verməlidir. Vergi ödəyicisinin hesabat ilində ilk olaraq seçdiyi metod vergi orqanı tərəfindən əsas götürülür.
Misal 1.  Vergi ödəyicisi 15 aprel 2022-ci ilədək “Cari vergi ödəmələrinin hesablanması haqqında Arayış”ı Vergi Məcəlləsinin 151.1-ci maddəsində nəzərdə tutulan, yəni mənfəətin (gəlirin) ¼-i ilə təqdim edəcək. Daha doğrusu, vergi ödəyicisi arayışı təqdim etmədiyi üçün vergi orqanı hesablamanı Vergi Məcəlləsinin 151.1-ci maddəsinə uyğun olaraq həyata keçirəcək. Əgər növbəti rübdə dövriyyəsinin aşağı düşməsi ilə əlaqədar olaraq vergi ödəyicisi 2-cü rüb üzrə “Cari vergi ödəmələrinin hesablanması haqqında Arayış”ı Vergi Məcəlləsinin 151.2-ci maddəsi ilə təqdim etmək istəsə, vergi orqanı ona bu imkanı yaratmayacaq. Çünki vergi ödəyicisinin hesabat ilinin aprel ayının 15-dək seçdiyi metod Vergi Məcəlləsinin 151.1-ci maddəsində nəzərdə tutulan olub.
Misal 2. Vergi ödəyicisi 15 aprel 2022-ci il tarixdə “Cari vergi ödəmələrinin hesablanması haqqında arayış”ı Vergi Məcəlləsinin 151.2-ci maddəsində nəzərdə tutulan metodla təqdim edib. Vergi ödəyicisi ikinci rübdə eyni metodu tətbiq etsə də, dövriyyəsi olmadığı üçün 3-cü və  4-cü rüblər üçün arayış formasını təqdim etməyib. Bu halda vergi orqanı arayış təqdim edilmədiyi üçün Vergi Məcəlləsinin 151.2-ci yox, 151.1-ci metodunu tətbiq edəcək.
Misal. 3.  Vergi ödəyicisi hesabat ilinin ilk rübündə “Cari vergi ödəmələrinin hesablanması haqqında Arayış”ı Vergi Məcəlləsinin 151.2-ci maddəsinə nəzərdə tutulan qaydada təqdim etsə də, növbəti rüb arayış təqdim etmədiyi üçün vergi orqanı cari vergi ödəmələrinin hesablanmasını 151.1-ci maddəyə uyğun həyata keçirəcək. Vergi orqanı ikinci rüb üzrə hesablamanı Vergi Məcəlləsinin 151.1-ci maddəsində nəzərdə tutulan metodla apardığı üçün  vergi ödəyicisinin üçüncü rübdə Vergi Məcəlləsinin 151.2-ci maddəsindəki metodu seçmək hüququ yaranmayacaq.
Misal 4. Vergi ödəyicisi vergi orqanına hesabat ilinin 1-ci rübü üzrə arayışı Vergi Məcəlləsinin 151.2-ci maddəsinə uyğun olaraq təqdim etsə də, vergi orqanı tərəfindən hesablama Vergi Məcəlləsinin 151.1-ci maddəsinə uyğun aparılaraq, göstəricilər şəxsi hesab vərəqəsinə işlənilib. Bu halda vergi ödəyicisi vergi orqanına müraciət edir və vergi orqanı cari vergi ödəməsi haqqında arayışın təqdim edilmə tarixi bitdikdən sonra şəxsi hesab vərəqəsində düzəliş həyata keçirir. 
Qeyd edək ki, son hala 2021-ci ildə çox rast gəlinirdi. Çünki “Cari vergi ödəmələrinin hesablanması haqqında Arayış” təqdim edildikdən sonra məlumatlar vergi orqanı tərəfindən şəxsi hesab vərəqəsinə əllə işlənilirdi. Hazırda “Cari vergi ödəmələrinin hesablanması haqqında Arayış”da göstərilən məlumatlar birbaşa şəxsi hesab vərəqəsinə işlənildiyi üçün misalımızda qeyd edilən halla rastlaşma ehtimalı demək olar ki, yoxdur.

Satışda olan YENİ nəşrlərimiz:

Sifariş üçün əlaqə vasitələri: 050-368-12-72 (what's app və telegram da aktivdir), 012-564-86-85 və ya mksacademy2022@gmail.com

Bütün kitabların satışı yalnız kitabxanalar kitabxanalar vasitəsiylə həyata keçirlə bilər
1. PMS Sertifikatı (II mərhələ) - Test və tapşırıqlar toplusu - 2023 - YENİ 

2. Vergi Məcəlləsi. Ümumi hissənin izahı (III nəşr) -2023  

3. Vergi uçotu A-dan-Z-yə (VII nəşr) - 2023 

4. Vergi Qanunvericiliyi və Şərhlər Toplusu 2023

5. Əmək Qanunvericiliyi Toplusu 2023

6. Əməyin uçotu: A-dan Z-yə (III nəşr) 2023

7. A-dan Z-yə: Kargüzarlıq (V nəşr) 2023

8. Maliyyə Hesabatlarının Beynəlxalq Standartları 2022

9. Mühasibat uçotu 2022

10. ƏMAS platforması A-dan - Z-yə 2022

 

1 Komment

  1. Calal 13 İyul 2023

    aaa

Şərh yazın

Son məqalələr

28 Oktyabr 202522:49

Dövlət Vergi Xidməti İŞƏ QƏBULLA bağlı müsabiqə elan etdi

28 Oktyabr 202515:09

ƏLA YENİLİK! İşəgötürən işçi ilə bağlı digər sənədləri də ƏMAS altsistemində imzalatdıra biləcək

Populyar məqalələr

22 Oktyabr 202516:37

Əmək haqqı üzrə gəir vergisi üzrə hesablanmanın yeni qaydası müəyyən olundu (LAYIHƏ FORMASI)

09 Oktyabr 202512:27

DƏMX-dən İnzibati Cərimə XƏBƏRDARLIĞI ! İşəgötürənin təyin etdiyi SƏTƏM mütəxəssisi bu ixtisas üzrə təhsil almalıdır

28 Oktyabr 202515:09

ƏLA YENİLİK! İşəgötürən işçi ilə bağlı digər sənədləri də ƏMAS altsistemində imzalatdıra biləcək

17 Oktyabr 202507:49

YENİ TƏLƏB! ƏMAS altsistemində yeni dəyişikliklər nəticəsində məhdudiyyətlər tətbiq edilib

Populyar Teqlər

  • Vergi işi
  • Əməyin uçotu
  • Sual-cavab
  • Mühasibatlıq
  • Nəşrlərdən seçmələr

Xəbərlər

Vergi işi

Dövlət Vergi Xidməti İŞƏ QƏBULLA bağlı müsabiqə elan etdi.

  • 28 Oktyabr 2025

Məqalələr

ƏLA YENİLİK! İşəgötürən işçi ilə bağlı digər sənədləri də ƏMAS altsistemində imzalatdıra biləcək.

  • 28 Oktyabr 2025

Məqalələr

ƏMAS altsistemində natamam iş vaxtı, nahar fasiləsi və məzuniyyət günü ilə bağlı YENİLİKLƏR.

  • 23 Oktyabr 2025

Vergi işi

2026-ci ildə əmək haqqının hesablanması üzrə dəyişiklik (Misal üzərindən müqayisəli izah).

  • 23 Oktyabr 2025

Vergi işi

Əmək haqqı üzrə gəir vergisi üzrə hesablanmanın yeni qaydası müəyyən olundu (LAYIHƏ FORMASI).

  • 22 Oktyabr 2025

Məqalələr

Məhdudiyyət! ƏMAS altsistemində edilən dəyişikliyə əsasən bəzi şəxslər üçün artıq bu sənədi əldə etmək mümkün olmayacaq.

  • 22 Oktyabr 2025

Məqalələr

Altay Cəfərovun təqdimatında: Könüllü qaydada ƏDV ödəyicisi olan vergi ödəyiciləri bəyannamələri nə vaxt təqdim etməlidir?.

  • 17 Oktyabr 2025

Məqalələr

YENİ TƏLƏB! ƏMAS altsistemində yeni dəyişikliklər nəticəsində məhdudiyyətlər tətbiq edilib.

  • 17 Oktyabr 2025

Məqalələr

Ramin Hacıyevin təqdimatında: Əmək münasibətlərinə xitam verilərkən məzuniyyət hüququnun tənzimlənməsi qaydası.

  • 16 Oktyabr 2025

Məqalələr

Fuad Heydərlinin təqdimatında: Vergi tutulan idxalın dəyəri necə müəyyən olunur?.

  • 15 Oktyabr 2025

Təlimlər

Növbəti tematik təlim: Əmək münasibətlərində rəsmiləşdirmə prosesi (İLK DƏFƏ).

  • 13 Oktyabr 2025

Sosial

DƏMX-dən İnzibati Cərimə XƏBƏRDARLIĞI ! İşəgötürənin təyin etdiyi SƏTƏM mütəxəssisi bu ixtisas üzrə təhsil almalıdır.

  • 09 Oktyabr 2025

blog

Faydalı Linklər

  • Vergi işi
  • Mühasibatlıq
  • İnsan Resursları
  • Maliyyə
  • Sual-cavab

Sosial Media

  • Facebook
  • Twitter
  • Instagram

MKS.AZ Bütün hüquqlar qorunur