 
                                Mühasiblər Elektron qaimə-fakturanın hansı cəhətlərindən NARAZIDIR?
	Sosial şəbəkədə məşhur, həmçinin faydalı informasiya mənbəyi kimi tanınan “Mühasibat uçotu və Vergilər” adlı qrupda mühasiblər Elektron qaimə-faktura ilə bağlı narazılıqları bildirib.
	Tahirə Məmmədova adlı mühasib bildirir: “Elektron qaimə faktura üçün E-qaimə alt sistemi qurulubsa, o zaman Elektron Vergi Hesab Faktura (EVHF) da orda olmalı idi. İndiki halda E-qaimə yazdıqdan sonra, online kargüzarlığa daxil olub EVHF göndərməlisən ki, bu da işi yüngülləşdirmək əvəzinə çətinləşdirib.Bundan əlavə, bəzən electron qaimə fakturada 10-15 ədəd mal yazan zaman ani olaraq sistemdə problem çıxır. Buna görə mallar yenidən elektron qaimə fakturaya daxil edilməlidir”. 
	Digər mühasib – Gülnar Kazımova isə Tahirə xanıma dəstək olaraq bildirir ki, başqa problemlər də mövcüddür: “Elektron  qaimə fakturanda texniki səhv olub və qarşı tərəfə göndərmişəm. Ləgv etmək istəyəndə sistem bildirir ki,  təsdiqlənməmiş onu ləgv edə bilməzsiniz. Qarşı tərəf də təsdiqləmədiyindən, səhv qaimənin ləgvi üçün 5 gün gözləməliyəm”.
	Nəriman Məmmədəliyev adlı mühasib isə vergi ödəyiciləri üçün electron qaimə-fakturanının ən çoxu zərəri kimi mənasız yerə kontur xərclərinin artmasını bildirib. 
	Ümid edək ki, Vergilər Nazirliyi mühasiblərin rəyini nəzərə alaraq müəyyən düzəlişlər edəcək.
	 
									 
									.jpg) 
									 
									.jpg) 
									 
									.jpg) 
									 
									 
									%20(1).jpg) 
									 
									
0 Komment
Şərh yazın