 
                                Sərfəli təklif
 Moskvada supermarket tikintisi üçün tender elan olunur. Menecer oturub təklifləri dəyərləndirir. Əvvəlcə türk daxil olur.
Moskvada supermarket tikintisi üçün tender elan olunur. Menecer oturub təklifləri dəyərləndirir. Əvvəlcə türk daxil olur.
-    Siz layihə ilə tanışsınız?
-    Bəli
-    Neçəyə tikə bilərsiniz?
-    1 milyon dollara.
-    Yaxşı, təklifinizi dəyərləndirərik.
Sonra alman gəlir.
-    Siz neçəyə tikə bilərsiniz?
-    2 milyon dollara.
-    Niyə belə baha?
-    Keyfiyyəti və işin qısa müddətdə görülməsi nəzərə almışıq.
Sonuncu azərbaycanlı gəlir.
-    Neçəyə tikə bilərsiniz?
-    3 milyon dollara.
-    Nəəə, başınız xarab olub. Niyə belə çox?
-    Necə yəni, niyə? Bir milyon mənim, biri sənin, biri də türkün, o tikəcək axı.
 
									 
									.jpg) 
									 
									.jpg) 
									 
									.jpg) 
									 
									 
									%20(1).jpg) 
									 
									
0 Komment
Şərh yazın