 
                                Ipoteka krediti alanlar evlər icbari sığortaya cəlb olunmalıdır?
 Sual: Salam. Son vaxtlar Maliyyə Nazirliyinin mənzillər üçün icbari sığorta tarifini təsdiq etdiyini bildirirlər. Sualım ondan ibarətdir ki, şəhərlər üzrə bu məbləğlər nə qədərdir və  mənzillərin hansı hallardan sığortalanması nəzərdə tutulur? Mən ipoteka krediti ilə ev almışam. Təbii ki, evi alanda sığorta etdirmişəm. Mənim üçün yenidən icbari sığorta etmək məcburiyyəti varmı?
Sual: Salam. Son vaxtlar Maliyyə Nazirliyinin mənzillər üçün icbari sığorta tarifini təsdiq etdiyini bildirirlər. Sualım ondan ibarətdir ki, şəhərlər üzrə bu məbləğlər nə qədərdir və  mənzillərin hansı hallardan sığortalanması nəzərdə tutulur? Mən ipoteka krediti ilə ev almışam. Təbii ki, evi alanda sığorta etdirmişəm. Mənim üçün yenidən icbari sığorta etmək məcburiyyəti varmı?
 Sevinc Xəlilova
 
 Cavab: Əvvəlcə gəlin baxaq, qanunvericilik fiziki şəxslər üçün hansı təminat verilən sığorta hadisələrini nəzərdə tutur. Bunlar aşağıdakılardır:
•    Yanğın, partlayış, ildırım vurması, idarə olunan uçuş aparatların və yaxud parçalarının düşməsi;
•    Suyun təsiri (su təminatı, kanalizasiyası, yanğınsöndürmə sistemlərində baş verən qəza nəticəsində baş verən hadisə, qonşu mənzillərdən suyun daxil olması);
•    Xarici təsirlər (avtonəgliyyat vasitələrinin vurması nəticəsində baş verən hadisə);
•    Təbii hadisələr və fəlakətlər;
•    Üçüncü şəxslərin qanuna zidd hərəkətləri (oğurluq, soyğun, qarət, sığortalanmış əmlaka üçüncü şəxslər tərəfindən qəsdən zərər yetirmə, dələduzluq, vandalizm)
Mənzillər üçün nəzərdə tutulmuş icbari sığorta haqqı, sığorta məbləği və azadolma məbləği bölgələr üzrə aşağıdakı cədvəldə göstərilib:
Şəhərlər           Sığorta haqqı    Sığorta məbləği    Azadolma məbləği (Franşiza )
Bakı                          50 azn              25.000 azn                  250 azn
Gəncə, Sumqayıt
 və Naxçıvan                40 azn         20.000 azn                      200 azn
Digər yaşayış
 məntəqələri                30 azn            15.000 azn                  150 azn
Qeyd edim ki, burada azadolma məbləği sığorta şirkətinin məsuliyyət daşımadığı məbləğdir.
Sualınızın ikinci hissəsinə gəlincə, deməliyəm ki, əmlakın könüllü sığortalanmasından asılı olmayaraq icbari sığorta mütləq olunmalıdır. “İcbari sığortalar haqqında” Qanunun 8.4- cü maddəsində yazılır:
“Bu Qanunun Xüsusi hissəsində qeyd olunmuş hər hansı icbari sığorta növü üzrə sığorta təminatının könüllü sığorta müqaviləsində tam və ya qismən nəzərdə tutulması sığortalını müvafiq icbari sığorta müqaviləsini bağlamaq vəzifəsindən azad etmir”.
 
									 
									.jpg) 
									 
									.jpg) 
									 
									.jpg) 
									 
									 
									%20(1).jpg) 
									 
									
0 Komment
Şərh yazın