Sahil Babayev: "Dünyada çox az ölkədə bu qədər aşağırəqəmli gəlir vergisi mövcuddur"

Sahil Babayev: "Dünyada çox az ölkədə bu qədər aşağırəqəmli gəlir vergisi mövcuddur"

Maliyyə naziri Sahil Babayev: "Hökumət tərəfindən müvafiq addımlar atılmasaydı, artıq 14 və 25%-lik rəqəmlər qüvvəyə minəcəkdi"

“Əməkhaqqı gəlirləri ilə bağlı tənzimləməmizi təqdim edirik. Bilirsiniz ki, 2026-ci ildə tətbiq olunan güzəştin müddəti bitir”. “Qafqazinfo” xəbər verir ki, bunu maliyyə naziri Sahil Babayev Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında “2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı bildirib.

“Hökumət tərəfindən müvafiq addımlar atılmasaydı, artıq 14 və 25%-lik rəqəmlər qüvvəyə minəcəkdi. Lakin hökumətin variantı olaraq, çox ciddi güzəşt yenidən irəli sürüldü. Növbəti il üçün əməkhaqqı alan şəxslərin böyük hissəsini əhatə edən 2500 manata qədər olan gəlirə cəmi 3% gəlir vergisi tətbiq olunacaq. Dünyada çox az ölkədə bu qədər aşağırəqəmli gəlir vergisi mövcuddur. Gəlir vergisi 2026-cı ildə 3%, 2027-ci ildə 5%, 2028-ci ildə isə 7% olacaq. Gəlir vergisi 7%-lik rəqəmlə fikslənəcək. Beləliklə, Azərbaycanda daimi gəlir vergisi 2500 manata qədər 7%, 8000 manata qədər 10%, 8000 matadan yuxarı isə 14% olaraq müəyyən olunacaq. Amma 2026-cı il üçün bu rəqəm 3%-dir”, - nazir bildirib.

Satışda olan YENİ nəşrlərimiz:

Sifariş üçün əlaqə vasitələri: 050-368-12-72 (what's app və telegram da aktivdir) və ya mksacademy2022@gmail.com

Satışı davam edənlər:

1. Vergi uçotu: A-dan Z-yə (IX nəşr) - 2025

2. Vergi Məcəlləsi. Ümumi hissənin izahı - 2025

3. PMS Sertifikatı (II Mərhələ): Test və Tapşırıqlar Toplusu 2025

4.  Vergi Məcəlləsi 2025

5. Əmək Məcəlləsi. Son dəyişikliklər və ƏMAS tələblərinin izahı

6.  Maliyyə Hesabatlarının Beynəlxalq Standartları  (III nəşr) 
7. ƏMAS Platforması - 2024 (II nəşr)

Yaxın zamanlarda dərc olunması planlaşdırılanlar:

1. Əməyin uçotu: A-dan Z-yə (V nəşr)

2. Vergi Məcəlləsi. Xüsusi hissənin izahı - I nəşr
3. ƏMAS Platforması - III nəşr
3. Kargüzarlıq: A-dan Z-yə - VI nəşr

 

Sifariş və məlumat üçün what's app üzərindən əlaqə vasitəsi:  

050-368-12-72

0 Komment

    Şərh yazın

    Xəbərlər