Əlaqə

050-368-12-72

Bizə yazın

mksacademy2022@gmail.com

Bakı şəhəri, Caspian Plaza, Lotfi Zadeh Technology Center, 17-ci mərtəbə
  • Xəbərlər
    • Vergi işi
    • İqtisadi
    • Maliyyə
    • Sosial
  • İnsan resursları
    • Sual-cavab
    • Nəşrlərdən seçmələr
    • Məqalələr
    • Qanunvericilik
    • Nəşrlər
  • Mühasibatlıq
    • Sual-cavab
    • Təlimlər
    • Nəşrlər
    • Məqalələr
    • Rəsmi sənədlər
  • Vergi
    • Sual-cavab
    • Nəşrlərdən seçmələr
    • Məqalələr
  • Məhsullarımız
    • Kitablar
    • Təlimlər
    • Jurnal
    • Konsaltinq
  • Haqqımızda
  • 050-368-12-72

    mksacademy2022@gmail.com

    Bakı şəhəri, Caspian Plaza, Lotfi Zadeh Technology Center, 17-ci mərtəbə

Sınaq müddətinin 3 ay olsa da, işçini 1 aydan sonra əmək müqaviləsinə sinaq müddətində özünü doğrultmadığı üçün xitam vermək olar?

  • Əsas səhifə
  • Təlimlər
  • 0 Komment
  • 10 İyul 2023

Sınaq müddətinin 3 ay olsa da, işçini 1 aydan sonra əmək müqaviləsinə sinaq müddətində özünü doğrultmadığı üçün xitam vermək olar?

Satışı yalnız kitabxanalarda davam edən "Əməyin uçotu: A-dan Z-yə"  (III nəşr) kirabından seçmə

Sınaq müddəti başa çatmadan işçinin əmək müqaviləsinə xitam verilməsi məsələsi də mübahisə yaradan mövzulardandır. Bəzi mütəxəssislər hesab edirlər ki, işəgötürən sınaq müddətinin tam başa catmasını gözləmədən işçinin əmək müqaviləsinə sınaq müddətində özünü doğrultmadığına görə xitam verə bilər. Həmin şəxslər fikirlərini onunla əsaslandırırlar ki, Əmək Məcəlləsinin 53-cü maddəsində qeyd olunub ki, sınaq müddəti qurtaranadək tərəflərdən biri digərinə üç gün əvvəl yazılı xəbərdarlıq etməklə əmək müqaviləsini poza bilər. Yəni, işəgötürən sınaq müddəti qutaranadək istənilən vaxt əmək müqaviləsinə xitam verə bilər.
Belə bir əks fikir də var ki, sınaq müddətinin tam başa çatmasını mütləq gözləmək lazımdır. Çünki Əmək Məcəlləsi sınaq müddətinin tavanı həddi kimi 3 ay müəyyən edib. İşəğötürənin qərarına əsasən, bu müddət 3 yox, bir ay, hətta 15 gün də müəyyən oluna bilər. O səbəbdən də işəgötürən sınaq müddətini düzgün müəyyən etməli və həmin müddət üzrə işçiyə şans verməlidir.
Fikrimizcə, Əmək Məcəlləsinin müvafiq maddəsində “sınaq müddəti qurtaranadək” ifadəsi olsa da belə, işəgötürən sınaq müddətinin başa çatmasını gözləməlidir. Çünki işçi ilə ilk 3 ayı sınaq müddəti olmaqla əmək müqaviləsi bağlayıb, 10 gündən sonra yazılı xəbərdarlıq etməklə onun əmək müqaviləsinə xitam verilməsi məntiqə uyğun hesab edilə bilməz.
Mümkündür ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sınaq müddəti bitmədən əmək müqaviləsinə xitam verilməsinə yanaşması fərqli olsun. Təcrübədə rast gəlinir ki, Dövlət Əmək Müfəttişliyi Xidməti işəgötürənin bu addımını normal qarşılayır. Sınaq müddəti ərzində, yəni sınaq müddəti bitməmiş işəgötürən işçinin sınaqdan keçə bilməməsi qənaətinə gələrsə, onun əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “d” bəndinə (sınaq müddəti ərzində işçi özünü doğrultmadıqda) əsasən xitam verə bilər ki, bu halda əmək qanunvericiliyinin tələbləri pozulmur.
İşçi sınaq müddətində özünü doğrultmazsa, müddətin bitməsinə 3 gün qalmış işəgötürənin qarşı tərəfi rəsmi şəkildə məlumatlandırmasının vacibliyini qeyd etmişdik. Bu halda işəgötürən işçinin sınaq müddətində özünü doğrultmaması haqqında əmr imzalayır, elektron reyestrdə əmək müqaviləsinə xitam verilir və əmək kitabçasına müvafiq yazılış aparılır. Bu prosesin rəsmiləşdirilməsi ilə bağlı təşkilatımızn digər nəşrində - “A-dan Z-yə Kargüzarlıq” kitabında nümunəvi sənədlərin köməyi ilə ətraflı məlumat verilib.

Satışda olan YENİ nəşrlərimiz:

Sifariş üçün əlaqə vasitələri: 050-368-12-72 (what's app və telegram da aktivdir), 012-564-86-85 və ya mksacademy2022@gmail.com

Bütün kitabların satışı yalnız kitabxanalar kitabxanalar vasitəsiylə həyata keçirlə bilər
1. PMS Sertifikatı (II mərhələ) - Test və tapşırıqlar toplusu - 2023 - YENİ 

2. Vergi Məcəlləsi. Ümumi hissənin izahı (III nəşr) -2023  

3. Vergi uçotu A-dan-Z-yə (VII nəşr) - 2023 

4. Vergi Qanunvericiliyi və Şərhlər Toplusu 2023

5. Əmək Qanunvericiliyi Toplusu 2023

6. Əməyin uçotu: A-dan Z-yə (III nəşr) 2023

7. A-dan Z-yə: Kargüzarlıq (V nəşr) 2023

8. Maliyyə Hesabatlarının Beynəlxalq Standartları 2022

9. Mühasibat uçotu 2022

10. ƏMAS platforması A-dan - Z-yə 2022

0 Komment

    Şərh yazın

    Son məqalələr

    03 İyun 202608:55

    İşçi istifadə edilməmiş məzuniyyətə görə kompensasiya aldıqda, gəlir vergisi necə hesablanacaq?

    03 İyun 202608:31

    Hansı halda arayış və rəy olmadan işə qəbul qadağan edilir? (YENİ)

    02 İyun 202609:57

    Vergi Məcəlləsinin 102.5-ci maddəsinə uyğun tətbiq edilən 50 manatlıq güzəştlə bağlı VACİB MƏQAMLAR

    02 İyun 202609:16

    Qadın və kişilərə eyni əməkhaqqı verilməlidir? (YENİ)

    01 İyun 202609:06

    Hansı halda işçi öz ərizəsi ilə işdən çıxdıqda hesablanan ödənişdən gəlir vergisi hesablanmayacaq? (YENİ)

    01 İyun 202608:39

    Hansı halda işçini işə qəbul etdikdə narkoloji müayinə tələb ediləcək? (YENİ)

    Populyar məqalələr

    19 May 202612:18

    RƏSMİ! Baş nazir Əli Əsədov müavinətlərlə bağlı yeni qaydaların qüvvəyə minmə tarixini təsdiqlədi

    06 May 202616:35

    ƏLA XƏBƏR! İşçilər əmək haqlarını istədikləri bankdan ala biləcəklər

    06 May 202613:19

    Xəstəlik müavinəti üzrə maksimum məbləğ necə müəyyən olunur?

    04 May 202616:39

    ƏLA YENİLİK! DSMF tərəfindən proaktiv qaydada ilk ödəniş həyata keçirildi

    Populyar Teqlər

    • Vergi işi
    • Əməyin uçotu
    • Sual-cavab
    • Mühasibatlıq
    • Nəşrlərdən seçmələr

    Xəbərlər

    Məqalələr

    İşçi istifadə edilməmiş məzuniyyətə görə kompensasiya aldıqda, gəlir vergisi necə hesablanacaq?.

    • 03 İyun 2026

    Məqalələr

    Hansı halda arayış və rəy olmadan işə qəbul qadağan edilir? (YENİ).

    • 03 İyun 2026

    Məqalələr

    Vergi Məcəlləsinin 102.5-ci maddəsinə uyğun tətbiq edilən 50 manatlıq güzəştlə bağlı VACİB MƏQAMLAR.

    • 02 İyun 2026

    Məqalələr

    Qadın və kişilərə eyni əməkhaqqı verilməlidir? (YENİ).

    • 02 İyun 2026

    Məqalələr

    Hansı halda işçi öz ərizəsi ilə işdən çıxdıqda hesablanan ödənişdən gəlir vergisi hesablanmayacaq? (YENİ).

    • 01 İyun 2026

    Xəbərlər

    Hansı halda işçini işə qəbul etdikdə narkoloji müayinə tələb ediləcək? (YENİ).

    • 01 İyun 2026

    Məqalələr

    ƏMAS Platformasında YENİLİK! Qismən sosial ödənişli məzuniyyət əmri ilə bağlı MƏHDUDİYYƏT.

    • 26 May 2026

    Məqalələr

    Vergi ödəyicisi tərəfindən hansı məlumatların təqdim edilməməsi inzibati məsuliyyətə səbəb olacaq? (YENİ).

    • 26 May 2026

    Məqalələr

    İşçinin sosial sığorta nömrəsi (SSN) tarixin yaddaşına köçür? (YENİ).

    • 26 May 2026

    Təlimlər

    18, 20 və 22 may 2026-cı il tarixlərdə keçirilmiş 3 dərsdən ibarət “ƏMAS Platforması: A-dan Z-yə” (Bonus: isb.az və e-gov.az) mövzusunda təlimin iştirakçıları haqqında məlumatlar.

    • 25 May 2026

    Maliyyə

    BOKT "İnkişaf üçün Maliyyə" MMC-nin audit hesabatı.

    • 21 May 2026

    Məqalələr

    YENİLİK! ƏMAS altsistemində tərtib olunan sosial məzuniyyət əmri e-gov.az portalına avtomatik əks olunur.

    • 21 May 2026

    blog

    Faydalı Linklər

    • Vergi işi
    • Mühasibatlıq
    • İnsan Resursları
    • Maliyyə
    • Sual-cavab

    Sosial Media

    • Facebook
    • Twitter
    • Instagram

    MKS.AZ Bütün hüquqlar qorunur