Əlaqə

050-368-12-72

Bizə yazın

mksacademy2022@gmail.com

Bakı şəhəri, Caspian Plaza, Lotfi Zadeh Technology Center, 17-ci mərtəbə
  • Xəbərlər
    • Vergi işi
    • İqtisadi
    • Maliyyə
    • Sosial
  • İnsan resursları
    • Sual-cavab
    • Nəşrlərdən seçmələr
    • Məqalələr
    • Qanunvericilik
    • Nəşrlər
  • Mühasibatlıq
    • Sual-cavab
    • Təlimlər
    • Nəşrlər
    • Məqalələr
    • Rəsmi sənədlər
  • Vergi
    • Sual-cavab
    • Nəşrlərdən seçmələr
    • Məqalələr
  • Məhsullarımız
    • Kitablar
    • Təlimlər
    • Jurnal
    • Konsaltinq
  • Haqqımızda
  • 050-368-12-72

    mksacademy2022@gmail.com

    Bakı şəhəri, Caspian Plaza, Lotfi Zadeh Technology Center, 17-ci mərtəbə

Hamiləliyə və doğuşa görə məzuniyyətlə əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinətin hesablanmasında 3 FƏRQLİ halın izahı

  • Əsas səhifə
  • Təlimlər
  • 0 Komment
  • 18 May 2023

Hamiləliyə və doğuşa görə məzuniyyətlə əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinətin hesablanmasında 3 FƏRQLİ halın izahı

Satışı  yekinlaşmaqda olan “Əməyin uçotu: A-dan Z-yə” (III nəşr) kitabından seçmə

Hamiləliyə və doğuşa görə məzuniyyəti həm də əmək qabiliyyətinin müvəqqəti itirilməsi olduğu üçün, hər iki müavinətin hesablanması prossesi eyni qaydada getsə də, yanaşmalarda bəzi fərqliliklər mövcuddur.
Birinci hal. Sosial stajın müddətinə görə qazanca faizlərin tətbiq edilməsi
Əsasnamənin 72-ci bəndinə əsasən, hamiləliyə və doğuma görə müavinət bütün hallarda əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinətin hesablanmasında nəzərə alınan orta gündəlik qazancın 100 faizi miqdarında verilir və müraciət müddəti məhdudlaşdırılmadan ödənilir. 
MİsaL. Ümumi sosial sığorta stajı 7 il olan işçi oktyabr ayında xəstələndiyi üçün əmək qabiliyyətini 6 günlük itirib. Hesab edək ki, həmin işçi noyabr ayında analıq məzuniyyətinə çıxmaq üçün xəstəlik vərəqini işəgötürənə təqdim edib. 
İşəgötürən oktyabr ayında işçinin xəstələnməsi səbəbindən müavinət hesablayarkən ona qazancın 60 faizi miqdarında müavinət ödəyəcək. Çünki Əsasnaməyə əsasən sosial sığorta stajı 8 ildən az olanlar üçün qazancın 60 faizi miqdarında müavinət ödənilir. Amma işəgötürən noyabr ayında hamiləliyə görə müavinət hesablayarkən qazancın 60 faizi yox, 100 faizi miqdarında müavinət ödəyəcək. Çünki Əsasnaməyə əsasən hamiləliyə və doğuma görə müavinət bütün hallarda qazancın 100 faizi miqdarında hesablanır.
İkinci hal. Müavinətin ödənilməsi mənbələrinin fərqli olması
Bölmənin əvvəlində qeyd etmişdik ki, əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinətin ödənilməsi iki mərhələ üzrə aparılır. Əsasnaməyə əsasən, əmək qabiliyyətinin müvəqqəti itirilməsinin ilk 14 təqvim günü üçün müavinət sığortaedənin vəsaiti, qalan günlər üçün isə məcburi dövlət sosial sığorta haqları hesabına ödənilir. Amma analıq məzuniyyətində tam məbləğ DSMF tərəfindən ödənilir. İşəgötürən tərəfindən hər hansı ödənişin həyata keçirilməsinə ehtiyac qalmır.
Üçüncü hal. İcbari ödənişlərin hesablanması 
Müavinətdən digər tutulmalara gəlincə, bu məbləğlə bağlı Vergi Məcəlləsində hər hansı güzəşt nəzərdə tutulmayıb. Amma “Sosial Sığorta haqqında” AR Qanununun 15-ci maddəsinə əsasən,  sığortaedənin vəsaiti hesabına əmək qabiliyyətini müvəqqəti itirməyə görə verilən müavinət və məcburi dövlət sosial sığorta haqları hesabına verilən sosial sığorta ödəmələrinin məbləğləri sosial sığorta haqqı hesablanmasından azaddır. Həmçinin “İşsizlikdən sığorta haqqında” və “Tibbi sığorta haqqında” Qanunların tələblərinə əsasən, əmək qabiliyyətini müvəqqəti itirməyə görə ödənişlərdən işsizlikdən sığorta və icbari tibbi sığorta haqqı hesablanmır.
MİsaL. Dövlət müəssisəsində işləyən işçiyə 600 manat müavinət hesablanıb. Həmin müavinət məbləğinin 380 manatı işəgötürən, 220 manatı isə DSMF tərəfindən ödəniləcək. İşəgötürən Vergi Məcəlləsinin 102.1.6-ci maddəsində nəzərdə tutulan güzəşti nəzər almaqla ödəyəcəyi müavinət məbləğinə 25,20 manat ((380-200) x 14 faiz) gəlir vergisi hesablayıb. 
DSMF də öz növbəsində 220 manatdan 30,80 manat (220 manat x 14 faiz) gəlir vergisi hesablayaraq işçiyə ödəniləcək müavinətdən tutur və işçiyə 189,20 manat (220 manat - 30,80 manat) ödəniş həyata keçirir. DSMF hesabına ödəniləcək gəlir vergisi haqqında məlumat, onlar tərəfindən təqdim olunan “Muzdlu işlə əlaqədar ödəmə mənbəyində hesablanan vergi bəyannaməsi”ndə qeyd edilir.
Analıq məzuniyyətindən icbari ödənişlərin tutulmasına gəlincə isə, Vergi Məcəlləsinin 102.1.4-cü maddəsinə əsasən, əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə ödənilən müavinətlər istisna olmaqla, dövlət müavinətləri gəlir vergisindən azaddır. 
“Sosial sığorta haqqında” AR Qanununa əsasən, məcburi dövlət sosial sığorta haqları hesabına verilən sosial sığorta ödəmələrinin məbləğləri məcburi dövlət sosial sığorta haqqı hesablanmayan gəlirlərə aid edilib.
“İşsizlikdən sığorta haqqında” AR Qanunun tələblərinə əsasən, işsizlikdən sığorta ödənişləri müavinətlərə şamil edilmir.
Beləliklə, hamiləliyə və doğuma görə hesablanan müavinət məbləği DSMF tərəfindən tam şəkildə işçiyə ödənilməlidir.

Satışda olan YENİ nəşrlərimiz:

Sifariş üçün əlaqə vasitələri: 050-368-12-72 (what's app və telegram da aktivdir), 012-564-86-85 və ya mksacademy2022@gmail.com

1. Vergi Məcəlləsi. Ümumi hissənin izahı (III nəşr) -2023 - YENİ

2. Vergi uçotu A-dan-Z-yə (VII nəşr) - 2023

3. Vergi Qanunvericiliyi və Şərhlər Toplusu 2023

4. Əmək Qanunvericiliyi Toplusu 2023

5. Əməyin uçotu: A-dan Z-yə (III nəşr) 2023

6. A-dan Z-yə: Kargüzarlıq (V nəşr) 2023

7. Maliyyə Hesabatlarının Beynəlxalq Standartları 2022

8. Mühasibat uçotu 2022

9. ƏMAS platforması A-dan - Z-yə 2022

 

0 Komment

    Şərh yazın

    Son məqalələr

    28 Oktyabr 202522:49

    Dövlət Vergi Xidməti İŞƏ QƏBULLA bağlı müsabiqə elan etdi

    28 Oktyabr 202515:09

    ƏLA YENİLİK! İşəgötürən işçi ilə bağlı digər sənədləri də ƏMAS altsistemində imzalatdıra biləcək

    Populyar məqalələr

    22 Oktyabr 202516:37

    Əmək haqqı üzrə gəir vergisi üzrə hesablanmanın yeni qaydası müəyyən olundu (LAYIHƏ FORMASI)

    09 Oktyabr 202512:27

    DƏMX-dən İnzibati Cərimə XƏBƏRDARLIĞI ! İşəgötürənin təyin etdiyi SƏTƏM mütəxəssisi bu ixtisas üzrə təhsil almalıdır

    28 Oktyabr 202515:09

    ƏLA YENİLİK! İşəgötürən işçi ilə bağlı digər sənədləri də ƏMAS altsistemində imzalatdıra biləcək

    17 Oktyabr 202507:49

    YENİ TƏLƏB! ƏMAS altsistemində yeni dəyişikliklər nəticəsində məhdudiyyətlər tətbiq edilib

    Populyar Teqlər

    • Vergi işi
    • Əməyin uçotu
    • Sual-cavab
    • Mühasibatlıq
    • Nəşrlərdən seçmələr

    Xəbərlər

    Vergi işi

    Dövlət Vergi Xidməti İŞƏ QƏBULLA bağlı müsabiqə elan etdi.

    • 28 Oktyabr 2025

    Məqalələr

    ƏLA YENİLİK! İşəgötürən işçi ilə bağlı digər sənədləri də ƏMAS altsistemində imzalatdıra biləcək.

    • 28 Oktyabr 2025

    Məqalələr

    ƏMAS altsistemində natamam iş vaxtı, nahar fasiləsi və məzuniyyət günü ilə bağlı YENİLİKLƏR.

    • 23 Oktyabr 2025

    Vergi işi

    2026-ci ildə əmək haqqının hesablanması üzrə dəyişiklik (Misal üzərindən müqayisəli izah).

    • 23 Oktyabr 2025

    Vergi işi

    Əmək haqqı üzrə gəir vergisi üzrə hesablanmanın yeni qaydası müəyyən olundu (LAYIHƏ FORMASI).

    • 22 Oktyabr 2025

    Məqalələr

    Məhdudiyyət! ƏMAS altsistemində edilən dəyişikliyə əsasən bəzi şəxslər üçün artıq bu sənədi əldə etmək mümkün olmayacaq.

    • 22 Oktyabr 2025

    Məqalələr

    Altay Cəfərovun təqdimatında: Könüllü qaydada ƏDV ödəyicisi olan vergi ödəyiciləri bəyannamələri nə vaxt təqdim etməlidir?.

    • 17 Oktyabr 2025

    Məqalələr

    YENİ TƏLƏB! ƏMAS altsistemində yeni dəyişikliklər nəticəsində məhdudiyyətlər tətbiq edilib.

    • 17 Oktyabr 2025

    Məqalələr

    Ramin Hacıyevin təqdimatında: Əmək münasibətlərinə xitam verilərkən məzuniyyət hüququnun tənzimlənməsi qaydası.

    • 16 Oktyabr 2025

    Məqalələr

    Fuad Heydərlinin təqdimatında: Vergi tutulan idxalın dəyəri necə müəyyən olunur?.

    • 15 Oktyabr 2025

    Təlimlər

    Növbəti tematik təlim: Əmək münasibətlərində rəsmiləşdirmə prosesi (İLK DƏFƏ).

    • 13 Oktyabr 2025

    Sosial

    DƏMX-dən İnzibati Cərimə XƏBƏRDARLIĞI ! İşəgötürənin təyin etdiyi SƏTƏM mütəxəssisi bu ixtisas üzrə təhsil almalıdır.

    • 09 Oktyabr 2025

    blog

    Faydalı Linklər

    • Vergi işi
    • Mühasibatlıq
    • İnsan Resursları
    • Maliyyə
    • Sual-cavab

    Sosial Media

    • Facebook
    • Twitter
    • Instagram

    MKS.AZ Bütün hüquqlar qorunur