Əmək Məcəlləsində yeni dəyişikliklərin həyata keçirilməsi nəzərdə tutulur. Milli Məclisdə fərqli dəyişiklikləri əks etdirən dörd layihə təqdim edilib.
MKS Academy tərəfindən keçirilən növbəti tematik təlim 11 aprel 2026-cı il (şənbə günü) tarixdə saat 10:00-da “Məzuniyyətin uçotu və inzibati cərimələr” mövzusunda həyata keçiriləcək. Əmək Məcəlləsində edilməsi gözlənilən dəyişikliklər haqqında tematik təlimdə məlumat veriləcək. Tematik təlimdə iştirak üçün 050-368-12-72 saylı telefonla (WhatsApp da aktivdir) və mksacademy2022@gmail.com e-mail ünvanı ilə əlaqə saxlamaq mümkündür.
Əmək Məcəlləsinin 48-ci maddəsinə – “Əmək müqaviləsi bağlanarkən işçinin təqdim etdiyi sənədlər” maddəsinə iki yeni bəndin əlavə edilməsi təklif edilir. Dəyişikliklərə əsasən, Əmək Məcəlləsinin 48-ci maddəsinə əlavə edilməsi nəzərdə tutulan 5-2-ci bəndə görə, siyahısı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurum tərəfindən təsdiq edilən, narkoloji xəstələr üçün fəaliyyət məhdudiyyəti nəzərdə tutulmuş peşə və vəzifələr üzrə işə qəbul zamanı işçilər dövlət narkoloji tibb müəssisəsi tərəfindən verilmiş tibbi müayinə (yoxlama) haqqında rəy təqdim etməlidirlər.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 12 sentyabr tarixli, 145 nömrəli qərarı ilə “Narkoloji xəstələr üçün fəaliyyət məhdudiyyəti nəzərdə tutulmuş peşə növlərinin və vəzifələrin Siyahısı və məhdudiyyətin müddəti” təsdiq edilib. Misal üçün, bütün müəssisələrdə və banklarda xəzinə müdirləri, xəzinədarlar və nağd pul əməliyyatları ilə məşğul olan mühasiblər və nəzarətçilər bu siyahıya aid edilir. Bu səbəbdən həmin şəxslər işə qəbul edilərkən müvafiq arayış təqdim edilməlidir.
Eləcə də, Əmək Məcəlləsinin 48-ci maddəsinə əlavə edilməsi nəzərdə tutulan 5-3-cü bəndə əsasən, 5-2-ci hissədə nəzərdə tutulmuş rəy olmadan işçinin müvafiq peşə və vəzifəyə işə qəbulu qadağan edilir.
Yəni, qeyd etdiyimiz vəzifələr üzrə çalışan şəxslərin dövlət narkoloji tibb müəssisəsi tərəfindən verilmiş tibbi müayinə (yoxlama) haqqında rəy olmadan işə qəbulu qanunvericiliyə zidd hesab ediləcək.
Vacib suallar yaranır:
- Bu arayış olmadan işə qəbul halları aşkar edilərsə, proses necə tənzimlənəcək?
- Həmin vəzifələr üzrə çalışan işçilər dövri olaraq narkoloji müayinədən keçirilməlidirmi?
- Siyahıda qeyd edilməyən vəzifələr üzrə bu cür müayinələrin aparılmasına qanunvericilik icazə verirmi?
Bu və digər vacib məqamlar sabah keçiriləcək təlimdə izah olunacaq!
Tematik təlim: “Məzuniyyətin uçotu və inzibati cərimələr”
Tarix: 11 aprel 2026
Saat: 10:00
İştirak üçün: 050-368-12-72 (WhatsApp aktivdir)
E-mail: mksacademy2022@gmail.com
0 Komment
Şərh yazın